Şakir Eminbəyli mənzilini şəhid anasına bağışlayıb
Tarix: 18-08-2021 13:46 | Bölmə: Cəmiyyət
Şakir Eminbəyli mənzilini şəhid anasına bağışlayıb

Tanınmış jurnalist Şakir Eminbəyli "Jurnalistlər binası"ndakı mənzilini şəhid anasına hədiyyə edib.

Reyting.az 
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Paylaşımda deyilir:  “Şəhid Yusif Budaqovun anası Lətafət xanım! 

Yusifin mərdliyi, qəhrəmanlığı və şəhadəti qarşılığında hər nə etsək, azdır... Yeni mənzilinizdə sağlam və gözəl ömür yaşamağınızı arzu edirəm”.

Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. O, evin tək övladı olub. İkinci Vətən müharibəsində iştirak edən Yusif Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Onun ailəsi Bakıda kirayədə yaşayıb.

Xatırladaq ki, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli bir müddət öncə prezidentin 2017-ci ildə ona hədiyyə etdiyi mənzili şəhid ailəsinə bağışlayacağını demişdi. (modern.az)





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq