Həkimdən COVID-19-la bağlı ürək xəstələrinə - Xəbərdarlıq
Tarix: 18-08-2021 15:20 | Bölmə: Cəmiyyət
Həkimdən COVID-19-la bağlı ürək xəstələrinə - Xəbərdarlıq

"Ürək xəstəliklərindən əziyyət çəkənlərlə digər xəstələrin COVID-19-a yoluxmasında heç bir fərq yoxdur, amma yoluxduqdan sonra ürək xəstələri xəstəliyi daha ağır keçirir".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov deyib.

Onun sözlərinə görə, virusa qarşı istifadə olunan dərmanların ürək xəstəliyi üçün olan dərmanlarla birgə istifadəsi çox təhlükəlidir: “Bu səbəbdən həmin xəstələr həkimə xəbər verməli və düzgün müalicə metodu seçilməlidir”.

Kardioloq deyir ki, ürək damar xəstələri yüksək risk qrupunda olduqlarına görə, mütləq vaksin vurdurmalıdırlar: “Bizə tərəddüd etdiklərini bildirilər, amma tərəddüd etmək olmaz. Ağırlaşmaların olamaması üçün vaksin vurdursunlar. Virusa yoluxandan sonra da onlar mütləq həkimə müraciət etsinlər. Özlərini müalicə etməyə çalışmasınlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər