Nazirlik: "Məktəblərin açılması təkcə vaksin olunmuş müəllimdən asılı deyil"
Tarix: 18-08-2021 18:04 | Bölmə: Cəmiyyət
Nazirlik: "Məktəblərin açılması təkcə vaksin olunmuş müəllimdən asılı deyil"

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov valideynlərin vaksin olunması tələbi ilə bağlı səslənən fikrilərə münasibət bildirib.

Məlumata görə, sektor müdiri deyib ki, bu sualla bağlı son vaxtlar Nazirliyə jurnalistlər tərəfindən sorğu və telefon zəngləri olur:

"Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı verirlər: Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki, “Xeyr”, verilməyib. Ancaq suala cavab verilərkən, həm də “Bəli” demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Belə deyilmi!? Bir sözlə, #TəhsilÜçünVaksinasiya bu gün də aktualdır".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq