Qoruq sədri: “Bundan sonra Şuşanın qapısı şuşalılara açıqdır”
Tarix: 19-08-2021 13:38 | Bölmə: Cəmiyyət
Qoruq sədri: “Bundan sonra Şuşanın qapısı şuşalılara açıqdır”

“Altı ay bundan qabaqkı Şuşa ilə bugünkü Şuşa arasında böyük fərq var, abadlıq işləri aparılır, bir sıra iaşə obyektləri tikilir”.

Bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.

O bildirib ki, Prezident tərəfindən məktəb və məscidin təməli atılıb və tezliklə bunların tikintisinə başlanacaq: “Şuşada ilk olaraq prezidentin xüsusi nümayəndəliyinin, Şuşa dövlət Qoruq İdarəsinin yaranması, Şuşanın dövlət qoruğu elan edilməsi, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunların hamısının əyani sübutudur. Cənab prezident Şuşaya xüsusi önəm verir. Artıq “Zəfər yolu”nda da tamamlanma işləri gedir”.

Şuşanın partlamamış silah-sursat və minalardan təmizləndiyini də vurğulayan M.Abbasov yaxın vaxtlarda bu işlərin yekunlaşacağını deyib: “Bu sadaladığım amillər Şuşaya gəlməkdə əsas maneələr idi. Bu maneələr indi aradan qaldırılır. Bundan sonra Şuşanın qapısı şuşalılara açıqdır. Hər zaman bura səfərlər təşkil olunacaq. Biz bu səfərlərdə əsasən yaşlı nəslin nümayəndələrinə üstünlük verəcək, sonra yavaş-yavaş cavan nəslin nümayəndələrinin də səfərlərini təşkil edəcəyik”/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq