Koreyalılar Qarabağda "ağıllı kənd" tikəcək
Tarix: 19-08-2021 14:25 | Bölmə: Cəmiyyət
Koreyalılar Qarabağda "ağıllı kənd" tikəcək

"Azərbaycana 8 il bundan əvvəl Koreya Milli Assambleyasının sədr müavini kimi səfər etmişdim. Bu müddət ərzində Azərbaycanda baş verən dəyişikliklər, sürətli inkişaf məni çox təəccübləndirdi. Həqiqətən böyük uğurlar əldə edilib".

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq deyib.



Assambleya sədri bildirib ki, Azərbaycana səfərinin məqsədi ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlıdır:

"Prezident İlham Əliyevlə görüşümüzdə Koreya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etdik. Əsas əməkdaşlıq əlaqələrini iqtisadiyyat sahəsində qurmağı planlaşdırırıq. Biz Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq işlərində, xüsusilə "ağıllı kənd" layihəsində iştirak edəcəyik. Bundan başqa, yeni növ bərpaolunan enerji layihələrində də birgə əməkdaşlığımız olacaq".

Park Byonq-Soq qeyd edib ki, müzakirə olunan mövzulardan biri də Koreya yarımadasının nüvəsizləşdirilməsi və burada sülhün, təhlükəsizliyin təmin olunması ilə bağlıdır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq