Baş Prokurorluq jurnalistin şikayəti ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib
Tarix: 19-08-2021 15:33 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq jurnalistin şikayəti ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib

Jurnalist Günel Gözəlovanın həyat yoldaşının həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib: "Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.

Hazırda araşdırma davam etdirilir".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq