Qərargah: “Hər şey öz əlimizdədir..."
Tarix: 20-08-2021 12:28 | Bölmə: Cəmiyyət
Qərargah: “Hər şey öz əlimizdədir..."

“Azərbaycanda pandemiya ilə mübarizə davam edir. Ölkəmizdə maliyyə və digər tərəfdən nə mümkündürsə, hamısı edilib”.

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçis Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda 10 mindən çox yatağımız var: “Hər şey öz əlimizdədir. Hamımız vaksinasiyadan keçməliyik. Bundan sonra isə pandemiyaya son qoyulacaq. Kim COVID-19 pasportu əldə edibsə, onun üçün hər hansı bir məhdudiyyət yoxdur”.




Bölməyə aid digər xəbərlər