Keçmiş MTN-nin sabiq şöbə rəisi yenidən cinayət məsuliyyətinə cəlb olunub
Tarix: 20-08-2021 16:15 | Bölmə: Cəmiyyət
Keçmiş MTN-nin sabiq şöbə rəisi yenidən cinayət məsuliyyətinə cəlb olunub

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərov cinayət məsuliyyətinə cəlb olunub.

Reyting.az
Gununsesi.info-ya istinadla xəbər verir ki, V. Ələkbərov AR Cinayət Məcəlləsinin 182.3, 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən sonra “MTN İşi” çərçivəsində həbs edilən Vusal Ələkbərov da məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.

2018-ci ildə həbsdən azad olunan V. Ələkbərov yenidən həmin maddələrlə məsuliyyətə cəlb olunub.




Bölməyə aid digər xəbərlər