TƏBİB-in baş mütəxəssisi qidalanma ilə bağlı məsləhət verib
Tarix: 20-08-2021 16:20 | Bölmə: Cəmiyyət
TƏBİB-in baş mütəxəssisi qidalanma ilə bağlı məsləhət verib

“Bəzən sağlam və müalicəvi qidalanmanı bir-birinə qarışdırırlar”.

Reyting.az
xəbər verir ki, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva “TƏBİB məsləhəti”ndə deyib. O bildirib ki, sağlam qidalanma profilaktikadır:

“Sağlam qidalanaraq, profilaktik olaraq çox xəstəliklərdən özümüzü qorumaq məqsədi daşıyırıq. Bu, hər kəsin həyat tərzinə çevrilməlidir. Müalicəvi qidalanma zamanı isə pəhriz, diet şəkildə tərtib edilir”.

Mütəxəssis qeyd edib ki, tibb müəssisələrinə kənardan yemək gətirilməsi qadağan edilib: “Bu, düzgün deyil. Tibb müəssisələrində xəstənin müalicəsinə uyğun qidalanma planı tərtib olunur. Kənardan gətirilən qida müalicəyə mənfi təsir göstərə bilər. Artıq bütün tibb müəssisələrində qidalanma işi təşkil olunub”.




Bölməyə aid digər xəbərlər