Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava baş verib
Tarix: 21-08-2021 13:02 | Bölmə: Cəmiyyət
Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava baş verib

Moskvanın şimal-şərqində inşaatçı miqrantların iştirakı ilə kütləvi dava olub.

Reyting.az
REN TV-yə istinadla xəbər verir ki, Ermənistan və Özbəkistan vətəndaşları saxlanılıb.

Davada təxminən 20 nəfər iştirak edib.

Münaqişə Cümə günü gecə “Nekrasovka” metrostansiyası yaxınlığındakı Maresyeva küçəsindəki tikinti sahəsində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 7 Özbəkistan və iki Ermənistan vətəndaşını vəziyyətin aydınlaşdırılmasına qədər saxlayıblar.

Polisin yoxlamalar apardığı, davanın səbəbləri araşdırıldığı qeyd olunur.

Zərərçəkənlər barədə məlumat yoxdur.




Bölməyə aid digər xəbərlər