Azərbaycan bir neçə dövlətə yüz minlərlə peyvənd pay verib
Tarix: 22-08-2021 23:06 | Bölmə: Cəmiyyət
Azərbaycan bir neçə dövlətə yüz minlərlə peyvənd pay verib

“Peyvəndlərin qiyməti kommersiya sirridir. Təbii ki, söhbət külli miqdarda məbləğdən gedir”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Səhiyyə nazirinin birinci müavini Teymur Musayev “Real TV”yə müsahibəsində deyib.

T. Musayev bildirib ki, ölkə başçısının təşəbbüsü ilə bir neçə dövlətə yüz minlərlə peyvənd pay verilib: "Bu da bizim humanist dövlət olmağımızı bir daha sübut edir. Bəzi ölkələrdə peyvəndlər ancaq öz vətəndaşlarına vurulur. Lakin bizim ölkədə bir çox diplomatik nümayəndələr, Azərbaycanda yaşamaq icazəsi olan xarici vətəndaşlar, təhsil almağa gələnlər də peyvənd edilir”.




Bölməyə aid digər xəbərlər