Xocavənddə ermənilərin basdırdığı partlayıcı tapılıb
Tarix: 24-08-2021 12:02 | Bölmə: Cəmiyyət
Xocavənddə ermənilərin basdırdığı partlayıcı tapılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.

Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.

Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq