Şəmkir sakini Rusiyada həmkəndlisini qətlə yetirib - Foto
Tarix: 25-08-2021 00:32 | Bölmə: Cəmiyyət
Şəmkir sakini Rusiyada həmkəndlisini qətlə yetirib

Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Moskva şəhərində yerləşən "Fud siti" bazarında qeydə alınıb.

Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

Araşdırma zamanı məlum olub ki, 30 yaşlı R. Quliyevi həmkəndlisi, 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən R. Quliyev ailəli idi, 3 övladı var.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq