Səbaildə bir tondan çox narkotik aşkarlanıb
Tarix: 25-08-2021 13:29 | Bölmə: Cəmiyyət
Səbaildə bir tondan çox narkotik aşkarlanıb

Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində 1 tondan çox narkotik aşkar edilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında qəsəbə sakini H.Əlizadəyə məxsus həyətyanı sahədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu, 31,5 kiloqrama yaxın marixuana və 19,9 kiloqramdan artıq çətənə bitkisini aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər