DİM sədri: "Subbakalavrların bu qruplara daxil olmaq şansı daha yüksəkdir"
Tarix: 25-08-2021 15:14 | Bölmə: Cəmiyyət
DİM sədri: "Subbakalavrların bu qruplara daxil olmaq şansı daha yüksəkdir"

“2020-ci ildə ixtisas seçimində iştirak edən subbakalavrların sayı 13 798 olub. Subbakalavrlara avtomatik olaraq müsabiqədə iştirak etmək üçün bal avtomatik olaraq verilir”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Subbakalavrlar müsabiqə balını toplayan heç bir abituriyentə rəqib deyil. Onlar sadəcə boş yerlərə yerləşdirilir. Ali məktəblərə 2020-ci ildə 5 179 subbakalav qəbul olunub. Onlardan 788-i dövlət sifarişli yerlərə qəbul olunub. Bu, kifayət qədər böyük rəqəmdir. Əksər subbakalavrlar I və II qrupa qəbul olunurlar və onların bu qruplara daxil olmaq şansı daha yüksəkdir “, - DİM sədri vurğulayıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq