Dini məbədlərdə Anım tədbirləri keçirilir - Fotolar
Tarix: 27-09-2021 09:11 | Bölmə: Cəmiyyət
Dini məbədlərdə Anım tədbirləri keçirilir

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərimiz dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.

Reyting.az
xəbər verir ki, “Təzəpir” məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılınır, şəhidlərin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.

Qeyd edək ki, eyni vaxtda Ağdam, Şuşa və Gəncə məscidlərində də namaz qılınır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}