Bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Tarix: 27-09-2021 19:56 | Bölmə: Cəmiyyət
Bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib.

Barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}