Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapılıb - Yenilənib
Tarix: 03-12-2021 18:29 | Bölmə: Cəmiyyət
Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapılıb

"Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə aşkarlanan insan qalıqları və sümüklərlə bağlı fakt Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilir".

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda İdarədə ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

***

Xəzər dənizində, "Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.

İnsan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb.

Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır/Oxu.Az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}