16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Sabiq direktor cinayət məsuliyyətindən azad edilib
Tarix: 04-12-2021 10:56 | Bölmə: Cəmiyyət
Sabiq direktor cinayət məsuliyyətindən azad edilib

Səbail Rayon Məhkəməsində Bakıdakı Həbib Bəy Mahmmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyin sabiq direktoru Bəkir Mustafayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunan sabiq direktora hökm oxunub.

Hökmə əsasən, dəymiş ziyanın tam ödənildiyi və cinayət prosesində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyinə görə, təqsirləndirilən şəxs Bəkir Mustafayev cinayət məsuliyyətindən azad edilib, barəsində cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, iş üzrə ümumi ziyan 34 min 102 manat olub.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}