12:29 / 14-05-2025
Sabah leysan yağacaq
07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Cəlilabadda həbsdən yeni çıxan şəxs həmkəndlisini qətlə yetirib
Tarix: 04-12-2021 20:46 | Bölmə: Cəmiyyət
Cəlilabadda həbsdən yeni çıxan şəxs həmkəndlisini qətlə yetirib

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Hadisə bu gün rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər Heydərov Akif Kərəm oğlu və 1999-cu il təvəllüdlü Əliyev Vüsal Möhübbət oğlu mübahisə ediblər. Nəticədə Heydərov Akif sonuncunu bıçaqla qətlə yetirib.

Məlumata görə, A.Heydərov bıçaqlanmaya görə həbsdə olub və yenicə azadlığa çıxıb. O, hadisəni törədən zaman içkili olub.

Faktla bağlı araşdırmalar davam etdirilir/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq