Keçmiş məmur elektron qolbaqla gəzəcək - Məhkəmə qərar verib
Tarix: 07-12-2021 14:57 | Bölmə: Cəmiyyət
Keçmiş məmur elektron qolbaqla gəzəcək - Məhkəmə qərar verib

Gəncə Apellyasiya Məhkəməsində Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.

Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Daşkəsən Rayon Məhkəməsini hökmü ilə H.Əzizov 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}