10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
45 yaşlı kişi maskaya görə beş nəfəri güllələyib
Tarix: 07-12-2021 17:48 | Bölmə: Cəmiyyət
45 yaşlı kişi maskaya görə beş nəfəri güllələyib

Rusiya paytaxtında 45 yaşlı kişi heç bir səbəb olmadan beş nəfəri güllələyib.

Kommersant.ru-nun xəbərinə görə, hadisə Moskvanın cənub-şərində “Ryazan” Çoxfunksiyalı Mərkəzin (ÇM) binasında baş verib. Rusiya DİN-nin yaydığı məlumatda deyilir ki, odlu silahdan istifadə nəticəsində iki nəfər - ÇM-nin qadın əməkdaşı və ziyarətçi həlak olub, üç nəfər isə yaralanıb.

Paytaxtın meri Sergey Sobyanin özünün “Twitter” səhifəsində informasiyanı təsdiqləyib. Hadisəni törədən şəxs saxlanılıb.

Saytın məlumatında o da qeyd olunur ki, Novokuzminski küçəsində yerləşən ÇM-yə gələn 45 yaşlı Sergey Qlazov binaya daxil olarkən mühafizəçi ondan tibbi maska taxmasını xahiş edib. Cavabında kişi tapançasını çıxarıb atəş açmağa başlayıb. Güc strukturlarından verilən şərhə görə, Qlazov hərbi istifadə üçün düzəldilmiş travmatik tapançadan atəş açıb. Qatil miqrasiya məsələləri üzrə bölmənin əməkdaşları tərəfindən saxlanlıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}