Tovuzda bir qardaşı öldürən, digərini ölümcül yaralayan şəxs saxlanılıb
Tarix: 08-12-2021 14:29 | Bölmə: Cəmiyyət
Tovuzda bir qardaşı öldürən, digərini ölümcül yaralayan şəxs saxlanılıb

Tovuz rayonunda qətl törədən şəxs saxlanılıb.

Hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakinləri - 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Əlirzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdiyev tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.

Fərman isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Daha sonra M.Mehdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}