MTN-nin sabiq şöbə rəisi həbsxanada vəfat edib
Tarix: 09-12-2021 10:41 | Bölmə: Cəmiyyət
MTN-nin sabiq şöbə rəisi həbsxanada vəfat edib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi həbsxanada vəfat edib.

Reyting.az
lent.az-a istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bir neçə il əvvəl casusluqda ittiham olunaraq həbs edilən sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov həbsxanada dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Z. İsmayılov 2018-ci ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Z. İsmayılovla birgə onun həyat yoldaşı Nəzakət İsmayılova da tutulub.

Z. İsmayılov məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilmişdi.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}