Şuşada iki nəfər minaya düşərək ölüb - DİN və Prokurorluqdan açıqlamalar (Yenilənib)
Tarix: 09-12-2021 13:48 | Bölmə: Cəmiyyət
Şuşada iki nəfər minaya düşərək ölüb

"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar".

Reyting.az
 Baş Prokurorluğa istinadla bildirir ki, Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

***

Bu gün səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları minaya düşüblər.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-in şöbə rəisi Elşad Hacıyev məlumat paylaşıb.

O bildirib ki, İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Allah rəhmət eləsin!

***

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}