Keçmiş MTN polkovnikinin həbsxanada ölümü... - Rəsmi məlumat yayılıb
Tarix: 09-12-2021 15:44 | Bölmə: Cəmiyyət
Keçmiş MTN polkovnikinin həbsxanada ölümü...

Ədliyyə Nazirliyi Penitensiar xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumatda deyilir:

"Təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun cəzaçəkmə müəssisəsində vəfatı barədə yayılmış məlumatla bağlı kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zaki İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}