Xocavənd polisindən əməliyyat: şirkət işçisi tutulub
Tarix: 09-12-2021 15:48 | Bölmə: Cəmiyyət
Xocavənd polisindən əməliyyat: şirkət işçisi tutulub

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində üzərində narkotik vasitə olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini Namiq Novruzov saxlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı olan N.Novruzovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}