Qazinin evi ilə bağlı məsələ məhkəmədə araşdırılır
Tarix: 09-12-2021 16:06 | Bölmə: Cəmiyyət
Qazinin evi ilə bağlı məsələ məhkəmədə araşdırılır

Saatlı rayonunun Mustafabəyli kənd sakini, Qarabağ qazisi Hüseyn Siran oğlu Əliyevin evini ona yeni ev tikmək üçün söküblər. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Aidiyyəti qurumlar da məsləyə münasibət bildiriblər. Qeyd olunur ki, məsələ ilə araşdırma aparılıb və müəyyən edilib ki, Hüseyn Əliyevin təqdim etdiyi sənədlər əsasında o, 2012-ci ildə Qarabağ müharibəsi əlili kimi Saatlı Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb. Bildirilir ki, bu kateqoriyadan olan şəxslərin mənzil məsələsinə baxılması üçün onların adlı siyahısı il ərzində (mənzil növbəsində dayanan şəxslərə mənzil verilməsi və ya fərdi yaşayış evi tikilməsi Saatlı Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil) aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən rayon icra hakimiyyətinə daxil olmuş 24 dekabr 2020-ci il tarixli 20830055634 nömrəli məktubda Saatlı rayonunda mənzil növbəliliyinə götürülmüş 19 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin, o cümlədən vətəndaş Hüseyn Əliyevin mənzil şəraitinin yaxşılaşdırılmasının nəzərdə tutulduğu bildirilib, həmin şəxslərə kommunikasiya xətlərinə yaxın torpaq sahəsinin ayrılması və bu barədə məlumatların Agentliyə təqdim edilməsi xahiş olunub və məktubun icrası ilə əlaqədar Saatlı Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə H. Əliyevin həyətyanı sahəsinə sadəcə baxış keçirilib, 25 yanvar 2021-ci il tarixli 03/184 nömrəli məktubla Agentliyə cavab məktubu ünvanlanaraq H. Əliyevin kommunikasiya xətlərinə yaxın həyətyanı torpaq sahəsinin olduğu bildirilib.

Qeyd olunur ki, Hüseyn Əliyevin evinin tikintisinin yarımçıq dayandırılması ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinə və yuxarı rəhbər orqanlara etdiyi müraciətləri əsasında məsələnin araşdırılması və müvafiq köməklik göstərilməsi üçün Saatlının icra başçısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 12 avqust 2021-ci il tarixli 01/1726 nömrəli məktub ünvanlanıb.

Onu da qeyd edək ki, H. Əliyevin evinin tikintisinin yarımçıq dayandırılması ilə bağlı mübahisəli məsələ Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin icraatındadır və hazırda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}