Bağçalarda yoxlamalar aparılır
Tarix: 09-12-2021 16:46 | Bölmə: Cəmiyyət
Bağçalarda yoxlamalar aparılır

"Bağçalarda ən çox rastlaşdığımız mənzərə ərzaq məhsulları ilə təmizlik vasitələrinin birgə saxlanılmasıdır. Eyni zamanda çiy və bişmiş məhsullar bir məkanda saxlanılır".

Reyting.az
xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən danışarkən deyib.

Onun sözlərinə görə, bu hal yolverilməzdir: “Çirkli tərəvəzlərlə, süd, ət məhsulları eyni yerdə saxlanılır. Bu da çarpaz çirklənməyə səbəb olur. Valideynlər uşaqlarını göndərdikləri təhsil müəssisələrinin texniki, sanitar-gigiyenik vəziyyəti ilə maraqlanmaldırlar. Bu, valideynlərin hüququdur və onları bundan heç kim məhrum edə bilməz. Agentlik nümayəndəsi söyləyib ki, cipsilərin, saqqızların məktəblərdə və bağçalarda satılması və istifadə olunması qəti qadağandır: "Həmçinin kremli məmulatlar, xüsusi qızardılmış məhsulların istifadəsi qadağandır".

AQTA rəsmsi bildirib ki, hazırda dövlət bağçalarında yoxlamalar aparılır: "ikinci mərhələdə özəl bağçalarda yoxlamalar başlayacaq"




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}