07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Daha 6 modul tipli məktəb istifadəyə hazırlanır
Tarix: 10-12-2021 08:51 | Bölmə: Cəmiyyət
Daha 6 modul tipli məktəb istifadəyə hazırlanır

Bu ilin sonuna qədər daha 6 modul tipli məktəb istifadə üçün təhvil veriləcək.

Reyting.az
-ın xəbərinə görə, bunu “Trend”-ə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev deyib.

O bildirib ki, hazırda həmin məktəblərin quraşdırılması istiqamətində işlər davam edir.

"Bu il plana əsasən, 31 modul tipli məktəb tikilməli idi. Onlardan 25-i artıq hazırdır, digər 6-sının tikintisi aparılır. İlin sonuna qədər işlər yekunlaşdırılacaq. Növbəti ildə də modul tipli məktəblər tikiləcək. Neçə məktəbin tikiləcəyi ilə bağlı əlavə məlumat veriləcək. Qeyd edim ki, 2016-2020 illərdə 353 modul məktəb quraşdırılıb", - F.Əliyev qeyd edib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq