Arıqlamaq istəyənlərin ən təhlükəli səhvi nədir?
Tarix: 11-12-2021 11:55 | Bölmə: Cəmiyyət
Arıqlamaq istəyənlərin ən təhlükəli səhvi nədir?

Dünyaca məşhur dietoloq hesab edir ki, pəhriz zamanı səhər yeməyindən imtina etmək qətiyyən doğru üsul deyil.

“Eat This, Not That!” nəşri amerikalı tanınmış dietoloq Liza Moskovisin artıq çəkidən əziyyət çəkən və arıqlamağa çalışan insanlara bir sıra məsləhətlərini dərc edib. Xanım Moskovis çəkisini azaltmaq istəyənlərin pəhriz dövründə səhər yeməyindən imtina etmələrini ən təhlükəli səhvlərdən biri sayır:

“Arıqlamağı arzulayan insanlar əksər hallarda qəbul etdikləri kalorinin miqdarını daha tez və çox azaltmaq məqsədilə səhər yeməyindən vaz keçirlər. Bunu etmək qətiyyən olmaz. Səhərlər qida qəbul etməmək əhvalın aşağı düşməsinə, kəskin aclıq hissinin və yorğunluğun yaranmasına gətirib çıxarır. Əslində sizin səhər qida qəbul edib-etməməyiniz günün qalan müddətində enerji ehtiyatınızın, doyumluluğun, həzm prosesinin, əhvalınızın və metabolik funksiyaların xeyrinə, yaxud ziyanına işləyə bilər”.

Sahənin mütəxəssisi pəhriz gözləyənlərə səhər yeməyindən nəinki imtina etməyi, əksinə, qəbul etdikləri qiqanın tərkibində zülalın, sellülozun və piyin miqdarını balanlasdırmağı tövsiyə edir. Liza Moskovis səhərlər yemək hazırlamağa vaxtı olmayanlara zeytun yağında qızardılmış çörəklə, yaxud proteinli batonçiklə yoğurt yeməyi təklif edir.

Amerikalı digər dietoloq Laura Burak qadınlara mütənasib gərdəni formada saxlamaq üçün səhər yeməyində yulaf yarmasından istifadənin faydasından danışır. Onun sözlərinə görə, səhər yeməyində yulafla zülalın birləşməsi mükəmməl qida qəbulu sayılmalıdır. “Bu menyu qanda şəkərin səviyyəsini sabit saxlamağa və doyumluluq hissini uzatmağa imkan verəcək”, - deyən xanım Burak qış aylarında pəhrizin daha çox fayda verə biləcəyini vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}