07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Sabah yağış yağacaq - Proqnoz
Tarix: 11-12-2021 12:31 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitiolacaq.

Reyting.az 
xəbər verir ki, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq