13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Bakıda qohumundan hədə-qorxu ilə 100 min dollar tələb edən şəxs saxlanılıb
Tarix: 11-12-2021 13:06 | Bölmə: Cəmiyyət
Bakıda qohumundan hədə-qorxu ilə 100 min dollar tələb edən şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100.000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10.000 ABŞ dollarını alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq