07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
“Omikron” ştammı onkoloji xəstələr üçün daha təhlükəlidir
Tarix: 12-12-2021 12:09 | Bölmə: Cəmiyyət
“Omikron” ştammı onkoloji xəstələr üçün daha təhlükəlidir

Koronavirusun “omikron” ştammı yeni və daha böyük yoluxma dalğasını yarada bilər.

London Gigiyena və tropik təbabət məktəbinin alimləri bəyan ediblər ki, yeni ştammın indiki sürətlə yayılması ötən illə müqayisədə daha çox insanın xəstəxanalara yerləşdirilməsinə gətirib şıxara bilər. Müəssisənin saytında yerləşdirilmiş məlumatda qeyd edilir ki, əgər zəruri tədbirlər görülməsə bu qış İngiltərədə virus qurbanlarının sayı normal vəziyyətdə 25 minə yaxın, ən pis halda isə 75 minə çatacaq. Pandemik vəziyyəti nəzarət altına almaqdan ötrü yeni və effektli peyvəndə və əhalinin kütləvi immunitetini gücləndirməyə ehtiyac var.

Xəbərə onu da əlavə edək ki, ötən həftə tibb üzrə professor, məşhur həkim-onkoloq Aleksandr Seryakov bildirmişdi ki, COVİD-19-un “omikron” ştammı digər ştammlarla müqayisədə xərçəng xəstələri üçün daha təhlükəlidir. Bununla bağlı apardıqları statistikanı açıqlayan professor: “Yeni virusa yoluxan onkoloji xəstələrin 19 faizi dünyasını dəyişir. Bu diaqnozlu hər beş xəstədən biri mütləq süni nəfəs aparatına qoşulur”, -deyə vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq