12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib - Yenilənib
Tarix: 13-12-2021 17:34 | Bölmə: Cəmiyyət
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib

Ötən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin hamısı evə buraxılıb.

Reyting.az
Mərkəzə istinadla bildirir ki, mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.

***

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

Zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətiriliblər.

E. Hidayətoğlu bildirib ki, zəhərlənənlərin sayı 8 nəfərdir, onlardan 1-i 16 yaşlı yeniyetmədir: “Onlar müxtəlif saatlarda zəhərləniblər. “28 Mall”ın yaxınlığında yerləşən dönərxanadan dönər alıb yeyiblər. Bir qədər sonra həmin şəxslərin hamısında zəhərlənmə əlamətləri olub”.

E. Hidayətoğlu deyib ki, zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti orta-ağırdır. Bir nəfər isə evə buraxılıb.

***

Bakıda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Kliniki Tibbi Mərkəzin məlumatına görə, zəhərlənən şəxslər "28 Mall" Ticarət Mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.

Qeyd olunur ki, xəstəxanaya müraciət edənlərin 1-i qadın, 7-si kişi olub.

Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Zəhərlənənlər - Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur. Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq