13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Karantin qaydalarının pozulduğu toy mərasimi dayandırılıb
Tarix: 13-12-2021 11:58 | Bölmə: Cəmiyyət
Karantin qaydalarının pozulduğu toy mərasimi dayandırılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildiriblər ki, Yolayrıc kəndində Məhərrəm Serova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi M. Serov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib və məclis dayandırılıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq