07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Vəzifəli şəxslər hakim qarşısına çıxarılır - Bu tarixdə
Tarix: 13-12-2021 12:30 | Bölmə: Cəmiyyət
Vəzifəli şəxslər hakim qarşısına çıxarılır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Röbşən Babayev, Pərvanə Rəhimova, Məmməd Mövsümzadə, Yaşar Hüseynov və Heyran Quliyevanın cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Reyting.az
 xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçiriləcək hazırlıq iclası dekabrın 17-nə təyin edilib.

Cinayət işinə hakim Aslan Kalbalıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq-əməliyyat tədbirləri ilə 2016-2019-cu illər ərzində qeyd edilən vəzifədə işləyərkən R.Babayevin həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Y.Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında R.Babayev, Y.Hüseynov və başqalarına Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq