07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Bərdədə silahlı insident baş verib
Tarix: 13-12-2021 14:52 | Bölmə: Cəmiyyət
Bərdədə silahlı insident baş verib

Bərdədə silahlı insident baş verib.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) dekabrın 11-də Dəymədağıldı kəndi ərazisində kənd sakini C.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi S.Həsənovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində C.Məmmədov könüllü olaraq RPŞ-nə gəlib və hadisədə istifadə etdiyi “Crtsan” markalı ov tüfəngini təhvil verib.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq