12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Deputat: "Təyyarə biletlərinin qiymətləri ilə bağlı məsələ həll olunmalıdır"
Tarix: 14-12-2021 13:20 | Bölmə: Cəmiyyət
Deputat: "Təyyarə biletlərinin qiymətləri ilə bağlı məsələ həll olunmalıdır"

“Burada hamımız danışdıq. Hər şeyi dedik. AZAL qiyməti endirəcəkmi? Yox, endirməyəcək”.

Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.

“Özümüz deyirik, özümüz eşidirik. Benzin bizim, hər şey bizim. Dövlət də AZAL-a subsidiya verir. Amma xeyri yoxdur. Bəlkə, bununla bağlı müraciət hazırlayaq? Deputat yoldaşlarımın dediyi məsələ qalır havada. Allahın bir komandasını da saxlaya bilmədi. “Zirə” komandasını. Azərbaycanda elə ancaq “Qarabağ” komandası olmalıdır? Bir komandanı da saxlaya bilmirsən, qardaş? Təyyarə biletlərinin qiymətləri ilə bağlı məsələ həll olunmalıdır. Sahibə xanım, siz Milli Məclisin sədri kimi, bu məsələyə qarışın”, - o vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq