12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Maskalı xəstə daha çox virus hüceyrəsi ifraz edir
Tarix: 14-12-2021 16:32 | Bölmə: Cəmiyyət
Maskalı xəstə daha çox virus hüceyrəsi ifraz edir

Tanınmış immunoloq koronavirus gərginliyinin 2022-ci ilin mayında azalacağını, pandemik prosesin isə 2024-cü ilədək davam edəcəyin bildirib.

“Ura.ru” saytına verdiyi açıqlamasında tibb elmləri namızədi, “KEQ” müqavilə-tədqiqat şirkətinin baş direktoru, tanınmış immunoloq Nikolay Kryuçkov bildirib ki, koronavirusun, “delta”da olduğu kimi, “omikron” ştammında da virus ifrazı yüksəkdir. “Həm “delta”, həm də “omikron” ştammlarına yoluxmada qoruyucu maskaların effektivliyi xeyli aşağı düşür. Çünki, bu zaman xəstə daha çox virus hüceyrəsi ifraz edir. Bu səbəbdən yoluxucu hüceyrələr damcı formasında olur və insan ətrafdakıları da yoluxdurmaq üçün az öskürür və asqırır. Sadəcə, nəfəs alanda yaş hüceyrələr azalır, amma quruları ağız-burun boşluğunda qalır. Maskanın isə effekti azalır, çünki onları süzgəcdən keçirə bilmir. Bu, xüsusilə “omikron”a yoluxmada özünü göstərir”,- deyə mütəxəssis xəbərdarlıq edir. İmmunoloq koronavirusla bağlı vəziyyətin 2022-ci ilin mayın sonlarında sabitləşəcəyini, amma aktiv pandemik prosesin müxtəlif ölkələrdə 2024-cü ilə qədər davam edəcəyini proqnozlaşdırır.

Öz növbəsində tanınmış pediatr, uşaq infeksionisti Tatyana Çalenko qeyd edib ki, bütün hallarda maska özünün virusa qarşı çəpər rolunu oynayır. Bu mövzuda uzun-uzadı diskussiya aparmağın mümkünlüyünü bildirən həkim əmindir ki, “insanda giriş qapıları bağlı olanda, ətrafdan gələn virus yükü minimuma enir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq