12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Məktəb direktorlarına Yeni il şənlikləri ilə bağlı tapşırıq verilib
Tarix: 15-12-2021 12:41 | Bölmə: Cəmiyyət
Məktəb direktorlarına Yeni il şənlikləri ilə bağlı tapşırıq verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərlərinə tapşırıqlar verildiyini deyib.

M. Vəliyeva qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi tədbirlərin keçirilməsi arzuolunan deyil: "Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər".

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq