12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Reanimatoloq: "Xəstələri süni tənəffüs aparatına qoşarkən diqqətli olmaq lazımdır"
Tarix: 15-12-2021 15:27 | Bölmə: Cəmiyyət
Reanimatoloq: "Xəstələri süni tənəffüs aparatına qoşarkən diqqətli olmaq lazımdır"

“Koronavirus pandemiyası səbəbindən xəstələrdə kəskin tənəffüs çatışmazlığı sürətlə inkişaf edir. Belə xəstələrdə tənginəfəslik, yaxud tənəffüs çatışmazlığı meydana çıxır. Təbii ki, belə şəxslərə ilk olaraq oksigen inqalasiyası edilir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli deyib.

Onun sözlərinə görə, koronavirus xəstələrinin süni tənəffüs aparatına qoşulması üçün mütləq şəkildə xüsusi klinik və laborator göstəricilər olmalıdır: “Bu addım xəstənin xilas yolu üçün həyata keçirilən tədbirlər kompleksinin bir hissəsidir. Əgər xəstə vaxtında süni tənəffüs aparatına qoşulmasa, bu, ağırlaşmaya, hətta ölümə belə gətirib çıxara bilər. Xəstə reanimatoloqolar tərəfindən diqqətlə izlənilir, əgər göstəriş varsa, gecikmədən süni tənəffüs aparatına qoşulur”/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq