12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Dövlət İmtahan Mərkəzi işçi axtarır - Maaş 1330 manatdır
Tarix: 16-12-2021 11:18 | Bölmə: Cəmiyyət
Dövlət İmtahan Mərkəzi işçi axtarır - Maaş 1330 manatdır

Dövlət İmtahan Mərkəzində (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.

Reyting.az
DİM-ə istinadla xəbər verir ki, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:

Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti

Struktur vahid: Test bankı sektoru

Vəzifənin adı: Aparıcı məsləhətçi

Aylıq vəzifə maaşı: 1330 manat

Qulluq funksiyaları:

- Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi.

Vəzifənin tutulma şərtləri:

- Təhsilə dair tələb: Ali təhsil

- İş stajına dair tələb: Tələb müəyyən edilmir.

Kompüter biliklərinə dair tələblər:

- C#, Java və ya Python dillərindən birini bilməli;

- MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli.

Xüsusi tələblər:

- Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı;

- Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta.

Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq