12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb
Tarix: 16-12-2021 11:29 | Bölmə: Cəmiyyət
Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb

Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Mərziyyə Qədiyeva mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq