12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Deportasiya Qurbanları Cəmiyyətində beş nəfərə vəzifə verilib
Tarix: 16-12-2021 17:46 | Bölmə: Cəmiyyət
Deportasiya Qurbanları Cəmiyyətində beş nəfərə vəzifə verilib

Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin (ADQC) İdarə Heyətinin genişləndirilmiş tərkibdə iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda indiki Ermənistan Respublikası adlandırılan tarixi Qərbi Azərbaycandan azərbaycan türklərinin sonuncu deportasiyasının 33-cü ildönümü ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışçılar indiki Ermənistan ərazisində yaşamış 100 minlərlə azərbaycanlının milli və etnik təmizləməyə məruz qalaraq öz ata-baba yurdlarından zor gücünə çıxarılmasını pisləyib, bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu bildirib və bu gerçəkliyi unutmamağın tarixi əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Daha sonra İdarə Heyəti təşkilati məsələlərə baxıb, bir sıra qərarlar qəbul edib.

Uzun illər səhiyyə sistemində işləmiş tanınmış ziyalı, Əməkdar həkim Pənah Əliyev, İqtisad Universitetinin dosenti, fəlsəfə elmləri doktoru, Yazıçılar Birliyinin üzvü Cəlal Allahverdiyev və jurnalist Nemət Orucov yekdilliklə İdarə Heyətinə üzv seçiliblər. Nemət Orucov eyni zamanda sədrin ictimaiyyətlə əlaqələr üzrə müavini təyin edilib.

Bundan başqa, Vilayət Rzayev Nərimanov, İntiqam Səfərli isə Abşeron rayon üzrə Deportasya Qurbanları Cəmiyyətinin sədri seçiliblər.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq