12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Elektron qolbaq daşıyan şəxs narkotiklə saxlanılıb - Foto
Tarix: 17-12-2021 08:38 | Bölmə: Cəmiyyət
Elektron qolbaq daşıyan şəxs narkotiklə saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Kərimli kənd sakini Elşən İsmayılovu saxlayıblar.

Bu barədə Reyting.az-a DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, E. İsmayılovun üzərinə baxış zamanı sellofan torbada qurudulmuş marixuana aşkarlanıb. Götürülən narkotik vasitə ekspertizaya təqdim olunub və faktla bağlı cinayət işi başlanılıb.

Qeyd olunur ki, E. İsmayılov ötən il də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə o, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq