13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Kəmaləddin Heydərov instituta baş direktor təyin edib
Tarix: 17-12-2021 13:24 | Bölmə: Cəmiyyət
Kəmaləddin Heydərov instituta baş direktor təyin edib

Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "AzərİnşaatLayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru dəyişdirilib.

Reyting.az
qaynarinfo-ya istinadla xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Səxavət Böyükbala oğlu Əsədov bu qurumun direktoru təyin olunub.

Qeyd edək ki, Səxavət Əsədov Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətinə görə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 15 dekabr 2014-cü il tarixli sərəncamı ilə" Əməkdar mühəndis" fəxri adına layiq görülüb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq