13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Füzulidə qəbiristanlıqların dağıdılması ilə əlaqədar beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək - Fotolar
Tarix: 19-12-2021 15:09 | Bölmə: Cəmiyyət
Füzulidə qəbiristanlıqların dağıdılması ilə əlaqədar beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək

Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.

Reyting.az
xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

Məlumata görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycana qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılıb.

Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının vəziyyəti ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələrinə dair hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara göndəriləcək.














Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq