18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Operatorun atası qızının ölümündə tanınmış aktyoru təqsirkar sayır - Foto
Tarix: 20-12-2021 12:40 | Bölmə: Cəmiyyət
Operatorun atası qızının ölümündə tanınmış aktyoru təqsirkar sayır
Qalina Xatçins

Hollivudda film çəkilişi zamanı sərsəri güllənin qurbanı olmuş operator Qalina Xatçinsin atası bu hadisədə tanınmış aktyor Alek Bolduini günahlandırıb.

Reyting.az
iki ay bundan əvvəl bu bədbəxt hadisə barədə oxucularına məlumat vermişdi. Söhbət Amerikada “Pas” filminin çəkilişi zamanı baş rolun ifaçısı Alek Bolduinin səhlənkarlığı ucbatından operatotun ölümü və rejissorun yaralanması ilə nəticələnən bədbəxt hadisədən gedir. Hadisə ilə bağlı istintaq yekunlaşmaq üzrədir. “The Sun” nəşrinin məlumatında deyilir ki, güllə yarasından həlak olmuş, Ukrayna əsilli operator Qalina Xatçinsin atası Anatoli Androsoviç qızının ölümündə tanınmış aktyor Bolduini təqsirkar sayır.

Hadisə Nyu-Meksiko ştatının Santa-Fe şəhərinin ətrafındakı rançolardan birinin həyətində baş verib. Bolduinin rekvizit tapançadan kameraya tərəf açdığı atəş əslində təlim gülləsi olmalı imiş.


Aktyor Bolduini

Çəkiliş qrupunun üzvləri istintaqa verdiyi ifadələrində bildiriblər ki, rejissorun köməkçisi Deyv Xolls tapançanı Bolduinə verəndə ona silahın təhlükəsiz olduğunu söyləyib. Müsahibələrinin birində aktyor təkidlə bildirib ki, məşq prosesində tapançanın tətiyini çəkdiyi an atəş açılmayıb, amma ikinci dəfə tətiyi sıxanda güllə səsi eşidilib.




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"