18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Xəzər Universiteti Azərbaycan universitetləri arasında liderdir
Tarix: 20-12-2021 14:49 | Bölmə: Cəmiyyət
Xəzər Universiteti Azərbaycan universitetləri arasında liderdir

2021-ci il dekabrın 2-də baş ofisi Parisdə yerləşən, beynəlxalq aləmdə geniş nüfuza malik EDUNİVERSAL təşkilatı dünyanın ən yaxşı biznes məktəblərinin rəsmi reytinqini dərc edib.

Reytinq cədvəlində Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsi Azərbaycanın biznes məktəbləri arasında 1-ci yeri tutub.

Bu reytinq cədvəli Eduniversal Elmi Komitə üzvləri tərəfindən beynəlxalq təsir, reputasiya və təhsil keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilir.

Mənbə: My Webpage

Dekabr ayının 15-də daha bir reytinq cədvəli – QS Reytinq Agentliyinin (Böyük Britaniya) “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə yeni reytinq cədvəli açıqlanıb.

Reytinq cədvəlində Xəzər Universiteti yenə Azərbaycan universitetləri arasında 1-ci yeri tutub. Reytinq cədvəlinə Azərbaycandan 7 ali məktəb daxil edilib:

Xəzər Universiteti – 211-220 (Azərbaycan üzrə ən yüksək göstərici)

UNEC – 221-230

BDU – 251-300

ADA Universiteti – 301-350

AzMİU – 401-450

ADNSU – 401-450

BMU – 401-450.


QS Reytinq cədvəli ali məktəblərdə müəllimlərin təcrübəsi, işəgötürənlər arasında nüfuz, akademik nüfuz və s. meyarlar üzərində tərtib edilib.

Mənbə: My Webpage

Dünyanın nüfuzlu reytinq cədvəllərində yer alan ali məktəblərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"